Nanə Ağamalıyeva qayıdır

18.03.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Aparıcı Nanə Ağamalıyeva uzun fasilədən sonra efirə qayıdır. 

Axşam.az xəbər verir ki, bununla bağlı məlumatı ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli təsdiqləyib. O bildirib ki, Nanə yaxın günlərdə tamaşaçı qarşısına çıxacaq.

"Nanəli" verilişi yeni formatda, yeni studiya dekoru ilə efirə qayıdır" deyə, o, əlavə edib. 

Qeyd edək ki, N.Ağamalıyeva ötən il "7 Tamam" proqramına aparıcılıq edib. Onun proqramının yayımı dayandırılıb. Bu mövsüm isə Nanə heç bir verilişlə efirə çıxmayıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью