Nani ilə Mozes Qazaxıstanda!

30.01.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Luiş Nani ilə bağlı bir neçə həftə əvvəl yayılan xəbər doğru çıxıb. Portuqaliya yığmasının sabiq yarımmüdafiəçisi karyerasını Qazaxıstanda davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, milli komanda ilə 2016-cı ildə Avropa çempionu olan futbolçu “Aktobe” ilə razılığa gəlib. 39 yaşlı futbolçu Qazaxıstan klubu ilə birillik müqavilə imzalayıb.
Xatırladaq ki, Nani 2007-15-ci illərdə “Mançester Yunayted”in şərəfini qorumaqla məşhurluq qazanıb. “Qırmızı şeytanlar”ın heyətində 4 dəfə İngiltərə premier-liqasının qalibi olub və Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Naninin Portuqaliya yığmasının tarixində ən çox oyun (112) keçirən və qol (24) vuran 10 oyunçudan biri olduğunu da qeyd edək.
“Çelsi”nin sabiq futbolçusu Viktor Mozes də karyerasını Qazaxıstanda davam etdirəcək. Nigeriyalı yarımmüdafiəçi “Kaysar”a keçib. Klubun mətbuat xidmətinin məlumatına görə, 35 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti ilin sonuna qədər nəzərdə tutulub.
Karyerası ərzində “İnter”, “Fənərbaxça”, “Vest Hem” və “Spartak”da da çıxış edən nigeriyalı futbolçunun sonuncu komandası “Luton” olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью