Nani Qazaxıstan klubunda Rəsmi

25.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Nani Qazaxıstan klubunda - Rəsmi

Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi, 2016-cı ilin Avropa çempionu Luiş Nani karyerasını Qazaxıstanda davam etdirəcək.

QOL.az xəbər verir ki, futbolçu "Aktobe" klubu ilə razılığa gəlib. Bu barədə klub məlumat yayıb. Qazaxıstan təmsilçisi 39 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb. 

Xatırladaq ki, Nani 2007-2015-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub. O, "qırmızı şeytanlar"ın heyətində 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub və Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Bundan başqa, futbolçu Portuqaliya tarixində ən çox oyun keçirən və qol vuran on oyunçudan biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью