Nani Qazaxıstanda nə qədər qazanacaq? Təfərrüat

24.01.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Karyerasını Qazaxıstanda davam etdirmək üzrə olan portuqaliyalı ulduz futbolçu Naninin "Aktobe" klubunda nə qədər qazana biləcəyi məlum olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Vesti.kz" yayıb.

Mənbənin məlumatına görə, Nani yeni klubunda 840 min dollar qazana bilər. "Mançester Yunayted"in 39 yaşlı keçmiş cinah oyunçusunun maaşı ayda 70 min dollar səviyyəsində razılaşdırılıb. Müqavilə 1 illikdir. Amma o, yalnız şəhərlə tanış olduqdan sonra müqaviləni rəsmən imzalayacaq. Portuqaliyalı hər şeydən razı qalsa, onun rolu yalnız futbol oynamaqla məhdudlaşmayacaq. O, klubun beynəlxalq əlaqələri üçün oyunçu-menecer rolunu icra edəcək.

Nani MY-dən başqa, "Sportinq", "Fənərbağça", "Valensiya", "Latsio", "Orlando Siti", "Venesiya", "Melburn", "Adana Dəmirspor" və "Estrela" komandalarında da oynayıb.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью