Nanidən VİDA İdman və Biz

09.12.2024

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Portuqaliyalı futbolçu Nani peşəkar karyerasını başa vurub.

İdman.biz xəbər verir ki, o, 38 yaşında bu addımı atıb.

Naninin çıxış etdiyi son klun "Eştrela" olub. Portuqaliyalı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək, futbolla vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Nani karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Fənərbaxça", "Valensiya", "Latsio" və "Adana Dəmirspor" kimi klublarda çıxış edib. O, 4 dəfə İngiltərə Premyer Liqasının, bir dəfə Çempionlar Liqasının qalibi olub. Yarımmüdafiəçi Portuqaliya yığmasının heyətində 112 oyunda 23 qolla yadda qalıb və AVRO-2016-nın çempion titulunu qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью