Nankində 3 medal

08.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycanın batut gimnastikası və tamblinq üzrə milli komandası Çinin Nankin şəhərində keçirilən 39-cu dünya çempionatını 1 qızıl və 2 gümüş medalla başa vurub.

Futbolpress.az xəbər verir ki, altı qitədən 367 gimnastın mübarizə apardığı yarışda ən parlaq nəticə tamblinq üzrə komanda yarışında qeydə alınıb. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət yığmamız finalda 25 xal toplayaraq Danimarka və ABŞ-ni qabaqlayıb və üçüncü dəfə dünya çempionu adını qazanıb.

Fərdi proqramda mübarizə aparan Tofiq Əliyev isə 29,700 xalla fəxri kürsünün ikinci pilləsinə yüksələrək karyerasında ilk dünya çempionatı gümüş medalını əldə edib.

Digər uğur batut gimnastikasının qarışıq sinxron proqramında qeydə alınıb. Selcan və Maqsud Mahsudovlar tandemi finalda 52,010 xal toplayaraq Azərbaycan gimnastika tarixində bu növ üzrə ilk gümüş medala sahib çıxıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью