Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Alimlər təxminən bir nanometr ölçüsündə olan nanozərrəcikləri idarə etməyə imkan verən unik
Oxu.Az-ın verdiyi məlumata görə, ixtira Yaponiyanın Nagoia Universitetinin elm adamlarına aiddir.
Tədqiqat "Japanese Journal of Applied Physics" jurnalında dərc olunub.
Bildirilir ki, alimlər rəqəmsal obyektləri real nanomateriallarla real vaxt rejimində birləşdirən yeni "nano-qarışıq reallıq" (nano-mixed reality, MR) texnologiyasını işləyib hazırlayıblar.
Onlar yüksəksürətli elektron şüalarından istifadə edərək dinamik elektrik sahələri yaradıb və nanozərrəciklərin hərəkətini idarə edə biliblər.
Nümayiş məqsədilə klassik arkada tipli oyun hazırlanıb. Burada oyunçu miniatür kosmik gəmini idarə edir və polistirol nanozərrəciklərə "atəş
Bu texnologiya təkcə oyunlarla məhdudlaşmır, həm də nanotexnologiya və biomedisin sahəsində yeni imkanlar aça bilər.
Alimlər onu biomolekulların yığılması, orqanizmdəki maddələrin dəqiq idarə edilməsi və hətta molekulyar səviyyədə 3D çapda inqilab üçün bir vasitə kimi qiymətləndirirlər.