525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa imperatoru Napoleon Bonapartın bacısı Karolina Bonaparta bir vaxtlar məxsus olmuş mülk satışa çıxarılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, villa İtaliyanın Lukka şəhəri yaxınlığında yerləşir.
16-cı əsrdə inşa edilmiş tikili yaxşı vəziyyətdədir. Burada yaşayış binası, oranjeriya, 2 hovuz, geniş baxça və əkin üçün 6 hektar ərazi var.
16 əsrdə tikilən villa 1836-cı ildə Karolina Bonapartın (1782-1839) ailəsinə keçib. Karolina 1800-ci ildə İoahim Murata adlı generala ərə gedib. Murata sonradan Neapolun rəhbəri seçilib.
Qeyd edək ki, villanın satış qiyməti açıqlanmır.
L.Tağıyeva