Napoleona məxsus bu qılınc 3,24 milyon dollara satılıb FOTO

24.05.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa imperatoru olmuş Napoleon Bonaparta məxsus tarixi bir qılınc, Parisdə keçirilən hərracda 4,66 milyon avroya satılıb. Əvvəlcədən 700 min – 1 milyon avro arasında qiymətləndirilən bu nadir əsər, hərracda gözlənilməz dərəcədə yüksək məbləğə alıcı taparaq bütün kolleksiyaçıların marağına səbəb olub.

Sfera.az “Sözcü”yə instinadən xəbər verir ki, satış Parisin 9-cu bölgəsində yerləşən Rue Drouot küçəsindəki tanınmış hərrac evində baş tutub. Napoleonun şəxsən sifariş etdiyi bu qılınc, ümumilikdə təxminən 3,24 milyon dollara satılıb.

Bu satış tarixi əşyaların nə qədər yüksək dəyər daşıya biləcəyini bir daha sübut edib. 

Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью