Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Napoli"nin baş məşqçisi Antonio Konte cəzalandırılıb.
QOL.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, hakim təcrübəli mütəxəssisə 2 oyunluq diskvalifikasiya verib. Buna səbəb “İnter”lə 2:2 hesablı heç-heçə ilə başa çatan matçda Kontenin hakimlərə qarşı sərt davranışı olub. Komandasının qapısına təyin edilən penaltiyə kəskin etiraz edən və referiləri təhqir edən italiyalı çalışdırıcı qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, italiyalı məşqçi diskvalifikasiya ilə yanaşı, 15 min avro məbləğində cərimə də ödəyəcək. Beləliklə, Konte "Parma" (14 yanvar) və "Sassuolo" (17 yanvar) ilə keçiriləcək ev oyunlarında komandasının yanında ola bilməyəcək.
Qeyd edək ki, "Napoli" hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.