Napoli 3 futbolçunu hədəflədi

24.06.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Napoli" PSV-nin hücumçusu Noa Lanqı hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Tərəflər arasında danışıqlar bu həftə başlayacaq. Neapol təmsilçisi həmçinin "Bolonya"nın yarımmüdafiəçisi Dan Ndoy və "Mançester Yunayted"in vingeri Ceydon Sanço ilə maraqlanır. 

Bildirilir ki, "Napoli" artıq Ndoy ilə razılıq əldə edib, lakin klublar arasında danışıqlar başlamayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью