Napoli 8 futbolçu transfer etməyə hazırlaşır

19.03.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Napoli" yay transfer pəncərəsində heyətini 8 yeni futbolçu ilə gücləndirmək istəyir. 

QOL.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. 

Neapol təmsilçisinin rəhbərliyi yeni qapıçı, cinah müdafiəçisi, 2 mərkəz müdafiəçisi, mərkəz yarımmüdafiəçi və PSJ-yə keçən Xviça Kvaratsxeliyanı əvəz etmək üçün bir və ya iki vinger transfer etmək niyyətindədir. Həmçinin klub hücumçusu Romelu Lukaku üçün də əvəz tapmaq istəyir. 

Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasının turnir cədvəlində 61 xalla 2-ci yerdədir. Lider "İnter"in 64 xalı var. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью