Napoli autsayderə 1 top fərqi ilə qalib gəldi

29.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, bu gün "Napoli" öz meydanında "Venesiya"nı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Matçın 37-ci dəqiqəsində Neapol təmsilçisinin lehinə penaltı zərbəsi təyin olunsa da, futbolçuları Romelu Lukaku fərqlənə bilməyib. 

"Neapol" - "Venesiya" - 1:0
Qol:
Raspadori, 79 

Qeyd edək ki, bu qələbədən sonra "Napoli" turnir cədvəlində 41 xalla 2-ci yerə yüksəlib. Eyni xal sayı olan "Atalanta" isə turnirə liderlik edir. "Venesiya" isə 13 xalla 19-cu yerdədir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью