Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Arsenal”ın futbolçusu Qabriel Jezus karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Napoli” braziliyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Neapol təmsilçisi yaxın zamanda Qabriel üçün danışıqlara başlayacaq.
29 yaşlı futbolçu 2022-ci ildən “Arsenal”ın formasını geyinir. Hücumçu “topçular”da 84 oyunda 21 qol vurub.
Jezus 2016-cı ildə debüt etdiyi Braziliya yığmasında 64 matçda 19 qola imza atıb.