Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İtaliyanın "Napoli" klubu İngiltərə təmsilçisi "Çelsi"nin hücumçusu Mark Qiunun transferində maraqlıdır.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu neapolluların hücum xətti üçün prioritet namizədə çevrilib.
"Barselona"nın yetirməsinin ön plana çıxmasına klubun maraqlandığı digər hücumçuların – Coşua Zirkze ("Mançester Yunayted"), Qabriel Jesus ("Arsenal") və Nikolas Ceksonun ("Çelsi") yüksək dəyəri, eləcə də onlar uğrundakı kəskin rəqabət səbəb olub.
"Napoli" gənc hücumçunun birdəfəlik transferini rəsmiləşdirmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, M.Qiu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 16 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.