Napoli dən Qabriel Sara planı: Anquissa gedərsə...

06.06.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

"Napoli" yay transfer pəncərəsində heyətini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, İtaliya çempionu "Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.

Bu barədə "Il Mattino" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Neapol təmsilçisi Andre-Frank Zambo Anquissanın komandadan ayrılacağı halda onun əvəzini məhz braziliyalı futbolçu ilə doldurmağı planlaşdırır.

Klub rəhbərliyi Saranı orta xətt üçün əsas variantlardan biri hesab edir.

Qeyd edək ki, Qabriel Sara ötən mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub və 10 məhsuldar ötürmə edib.

Perezdən seçki vədi – Olise üçün 150 milyon avro DÇ-də yorucu marşrut – Türkiyə qrupda 20 min kilometr yol gedəcək “Qalatasaray”dan Yakobs qərarı – Müqavilə uzadılır Acundan transfer mesajı – “Gələcəkdə yaxşı satışlar etməliyik” “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью