“Napoli” gürcü futbolçunu komandada saxlamaq istəyir

28.07.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Napoli” futbolçusu Xviça Kvaratsxeliyanın müqaviləsini uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun idman direktoru Covanni Manna “Sky Sports”a açıqlamasında deyib. O, 23 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirmək istədiklərini deyib:

“Xviçanın hələ müqaviləsi davam edir. Onunla maraqlanan klublar var, ancaq biz əməkdaşlığı davam etdirmək istəyirik. Artıq bu yöndə işlər başlayıb”.

Xviça bu mövsüm 5 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsi 2027-ci ilin yayına kimidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью