Napoli gürcüstanlı futbolçunun maaşını üç dəfə artırıb

26.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Napoli" gürcüstanlı futbolçu Xviça Kvaratsxeliyanın maaşını üç dəfədən çox artıracaq.

Oxu.Az xəbər verir ki, neapollular Kvaratsxeliyaya illik 6 milyon avro maaşla sözləşmə təklif ediblər. Bu məbləğ oyunçunun hazırkı məvacibindən 3 dəfə çoxdur.

Tərəflər hazırda təzminat məbləğinin müzakirəsini davam edirlər. Klub 100 milyon avro məbləğində israr edir. Xviçanın agenti isə bu məbləği azaltmağa çalışır.

Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm 23 yaşlı gürcü bütün yarışlarda 18 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью