Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sabah çox maraqlı oyun olacaq. Çalışacağıq ki, bütün gücümüzü ortaya qoyaq"
QOL.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında səsləndirib.
“Napoli” güclü komandadır. Bilirik ki, İtaliyada çempion olublar. Çox maraqlı oyun olacaq. Öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu nümayiş etdirməkdir. Böyük komandalarla görüşlərdə qələbə də, məğlubiyyət də, heç-heçə də ola bilər. Biz çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” öz meydanında oynayır. Bizim də iddialarımız var. Yeddi xalımız var və bununla göstərdik ki, böyük komandalara qarşı da oynaya bilərik. Ümid edirəm ki, sabah da nəticə qazana bilərik”.