“Napoli” ingiltərəli hücumçunu hədəfə aldı

01.12.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Napoli” ingiltərəli hücumçunu hədəfə aldı

“Napoli” klubu “Marsel”də çıxış edən Meyson Qrinvudu heyətinə qatmağı planlaşdırır.

QOL.az xəbər verir ki, Neapol təmsilçisi gələn yay transfer pəncərəsində ingiltərəli hücumçu üçün rəsmi təklif göndərməyə hazırlaşır. Komandanın baş məşqçisi Antonio Kontenin Qrinvudun oyun üslubunu bəyəndiyi və onu hücum xəttini gücləndirəcək əsas oyunçu kimi gördüyü bildirilir.

Qeyd edək ki, Qrinvudla "Barselona" və "Atletiko" (Madrid) klublarının maraqlandığı məlumatları da hazırda gündəmdədir. Futbolçu cari mövsümdə "Marsel"in heyətində bütün turnirlərdə 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью