“Napoli” istəyir, “Mançester Yunayted” 60 milyon tələb edir

18.04.2025

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund karyerasını “Napoli”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, italiyalılar yay transfer pəncərəsində danimarkalı futbolçunu almağa çalışacaq. Ancaq klub “qırmızı şeytanlar”ın tələb etdiyi 60 milyon avronu ödəyə bilmir.

22 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 44 matçda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью