“Napoli” Kobi Maynonu transfer etmək istəyir

03.11.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın “Napoli” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobi Maynonu icarəyə götürməkdə maraqlıdır.

QOL.az xəbər verir ki, italiyalılar gənc futbolçunu 2026-cı ilin yanvarında icarəyə götürməyi planlaşdırır. Daha sonra isə transfer hüququnu almaq imkanı nəzərdə tutulub. Məlumata görə, “Napoli” Mayno üçün həftədə təxminən 40 min avro ödəməyə hazırdır. Eyni zamanda futbolçu isə İngiltərə klubundan ayrılmaq və daha çox oyun vaxtı qazanmaq niyyətindədir. 

Qeyd edək ki, Maynonun müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью