Napoli Kvaratsxeliyanın PSJ yə transferindən məyus olub

19.01.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın "Napoli" klubu futbolçu Xviça Kvaratsxeliyanın Fransa təmsilçisi PSJ-yə transferindən məyus olub.

"Report" "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun idman direktoru Covanni Manna danışıb.

"Baş məşqçi komandanı çox yaxşı hazırlayıb, ona görə də biz hadisələrin belə inkişafına hazır idik. Hamı başa düşür ki, klubdan vacib futbolçu gedib. Xviça özü bizə onu satmaq xahişi ilə müraciət etdi. Böyük futbolçular gəlib gedir, biz isə işimizi davam etdiririk", - deyə C.Manna bildirib.

Qeyd edək ki, X.Kvaratsxeliya Paris təmsilçisinə 70 milyon avroya başa gəlib. O, 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью