Napoli Lukakunu cərimələdi Məbləğ açıqlandı

21.04.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Romelu Lukaku "Napoli" tərəfindən aylıq maaşının təxminən 20 faizi qədər - 150 min avro cərimələnib.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" qəzeti yayıb. 

Mənbənin məlumatına görə, sanksiyaya səbəb hücumçunun icazəsiz şəkildə təxminən iki həftə klubun düşərgəsindən uzaqda qalmasıdır. Neapola qayıtdıqdan sonra o, klubun direktoru Covanni Manna ilə görüşüb və cərimə ilə bağlı qərar razılaşdırılıb.

"Napoli" oyunçunun yenidən Antverpenə qayıtmasına icazə verib, lakin daxili qaydaları pozduğuna görə kəsilən maliyyə cəzasını qüvvədə saxlayıb.

Eyni zamanda, klubun belçikalı oyunçunun gələcəyi ilə bağlı mövqeyi dəqiqləşib: onun yayda gedişi qaçılmaz hesab olunur. Ulduz forvardın agentinə artıq müştərisi üçün yeni klub tapmaq tapşırılıb. Lukakunun neapollularla müqaviləsinin bitməsinə hələ bir il qalıb.

32 yaşlı hücumçu üçün bu mövsüm yaxşı keçmir. Zədə səbəbindən mövsümün əvvəlini buraxan Lukaku cəmi bir neçə oyunda iştirak edib və bu oyunlarda bir qol vurub.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью