Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliyanın “Napoli” futbol klubu yarımmüdafiəçisi Skott Maktomineylə yeni müqavilə imzalamaq üçün maliyyə təklifini müəyyənləşdirib.
İdman.Biz xəbər verir ki, Neapol təmsilçisi 29 yaşlı futbolçuya illik 5,5 milyon avro maaş ödəməyə hazırdır. Bonuslarla birlikdə bu məbləğ altı milyon avroya çata bilər.
Lakin şotlandiyalı yarımmüdafiəçi mövsümə yeddi milyon avro və əlavə bonuslar tələb edir. Hər iki tərəf əməkdaşlığı davam etdirmək istəsə də, maliyyə məsələsində hələlik razılıq əldə olunmayıb.
Yaranmış vəziyyəti Avropanın bir sıra aparıcı klubları da izləyirlər. Maktomineylə “Barselona”, “Real Madrid”, “Çelsi”, “Arsenal” və “Mançester Yunayted”in maraqlandığı bildirilir.
Qeyd edək ki, 2024-cü ildə “Mançester Yunayted”dən “Napoli”yə keçən Maktomineyin İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq.