Napoli Mançester Yunayted lə razılığa gəldi

30.08.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Napoli” və “Mançester Yunayted” Rasmus Hoylundun icarəsi barədə razılığa gəliblər. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İtaliya A seriyasının son çempionu danimarkalı hücumçunu 6 milyon avroya icarəyə götürəcək. Müqavilədə 44 milyon avroya satınalma bəndi də yer alıb. Bu şərt müəyyən göstəricilər yerinə yetirildiyi halda məcburi olacaq.

Qeyd edək ki, Ramus Hoylund “Mançester Yunayted”ə 2023-cü ilin avqustunda transfer olunub. O vaxtdan bəri hücumçu komandasının heyətində 95 matça çıxıb, 26 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью