”Napoli” mübarizəni dayandırdı, “Komo” YARIMFİNALDA

11.02.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliya Kubokunda 1/4 final mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, son ölkə çempionu “Napoli” yarışda mübarizəni dayandırıb.

Komanda “Komo”nu qəbul edib. Oyuna qonaqlar fəal başlayıb. İlk hissənin sonlarında Martin Baturina hesabı açıb. Lakin ikinci yarının startında Antonio Varqara hesabı bərabərləşdirib - 1:1.

Əsas və əlavə vaxtda hesab dəyişməyib. Cütün taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq olan “Komo” yarımfinala vəsiqə qazanıb - 7:6.

Qeyd edək ki, “Komo”nun növbəti mərhələdəki rəqibi “Atalanta” olacaq.

A Seriyası: “İnter” 3 xalı 5 qolla qazandı, “Yuventus”dan xal itkisi Bundesliqa: “Bavariya”dan darmadağın “Beşiktaş” “Alanyaspor”la bacarmadı Haaland yenə səhnədə: “Siti” “Liverpul”u məğlub etdi Super Liqa: “Qalatasaray” turu qələbə ilə başa vurdu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью