Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Napoli” klubunun hücumçusu Siril Nqonqe karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, İtaliya nəhənginin 25 yaşlı futbolçusu icarə əsasında “Espanyol”da oynayacaq.
Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Anlaşma cari mövsümünün sonuna qədər qüvvədə olacaq. Müqavilədə futbolçunun birdəfəlik transferi üçün satınalma hüququ da yer alıb.
"Transfermarkt" belçikalı hücumçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir.
Nqonqe mövsümün ilk yarısını icarə əsasında “Torino”da keçirib. O, sözügedən komandada 23 oyun keçirərək 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.