Napoli nin hücumcusu əməliyyat ola bilər

23.01.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Napoli"nin hücumçusu David Neres ayaq biləyindən əməliyyat olunmaq riski ilə üzləşib. Sport24.az xəbər verir ki, bu barədə La Gazzeta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 28 yaşlı futbolçunun tez-tez ayaq biləyindən zədələnməsi əməliyyat olunmasına səbəb ola bilər. Əgər əməlliyat olarsa brazilyalı futbolçunun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Neres bu mövsüm "Napoli"nin heyətində 25 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью