Napoli nin istəkləri Qalatasaray ı bezdirib

15.07.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Napoli" və "Qalatasaray" arasında Viktor Osimhen üçün danışıqlar davam edir.

Ölkə.az Offsideplus.az-a istinadən xəbər verir ki, "sarı-qırmızılar" İtaliya klubuna son təklifi 75 milyon avronun 40-nı indi, qalan 35-ni iki ilə bölərək ödəməyi planlaşdırır.

"Napoli" isə bu dəfə tələblərini dəyişib. Onlar təklifin 1-ci hissəsi ilə razılaşıb. Lakin qalan 35 milyonun növbəti ilin mayında ödənilməsini tələb edir.

Eyni zamanda onlar Osimhenin növbəti satışından pay və müqavilədə onun 3 il ərzində İtaliya klublarına satıla bilməz bəndinin olmağını istəyir..

"Qalatasaray" isə təkliflərinin son olduğunu bildirib. Klublar arasında danışıqlar davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью