Napoli nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

29.05.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

A Seriyasının son qalibi "Napoli"nin prezidenti Aurelio De Laurentis komandanın baş məşqçisi Antonio Kontenin Neapol təmsilçisində qalmasını istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən yayıb.

Məlumata görə, klub başqanı Konteni saxlamaq üçün Kevin De Bröyne kimi səviyyəli futbolçular transfer etmək və mütəxəssisin maaşını artırmaq istəyir. Mənbə De Laurentisin artıq italiyalı çalışdırıcıya əməkhaqqısının yüksəldilməsini təklif etdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, 55 yaşlı Konte ötən ilin yayından indiki postundadır. Onun "Yuventus"un "sükanı arxası"nakeçəcəyi ilə bağlı informasiyalar dərc edilib.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью