Napoli nin sabiq futbolçusu Sampdoriya ya keçəcək

07.07.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Napoli"nin sabiq oyunçusu Lorenso İnsinye "Sampdoriya"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

35 yaşlı futbolçu ilə danışıqlar son mərhələdədir. Lorensonun sabah tibbi müayinədən keçəcəyi gözlənilir.

İnsinye 2022-ci ilin iyulunda "Napoli"dən "Toronto"ya keçib. Onun Kanada klubu ilə müqaviləsi 2025-ci ilin payızında başa çatıb. Noyabrda İnsinye "Latsio"nun formasını geyinməyə razılıq verib. Futbolçunun yanvarda "qaratallar"la 2027-ci ilə qədər müqavilə imzalaması gözlənilsə də, vinger son anda "Peskara" ilə anlaşıb.

Qeyd edək ki, İnsinye ötən mövsüm 13 oyunda iştirak edib, beş qol vurub və üç məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью