Napoli nin Viktor Osimhenə görə Qalatasaray dan istədiyi bəlli oldu

10.07.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

"Napoli" klubu "Qalatasaray"dan Viktor Osimhenin transfer məbləğinin ödənəcəyinə dair təminat məktubu istəyir.

Ölkə.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Belə ki, İtaliya klubu bu məktub olmasa, transferin baş tutmayacağını bildirib.

"Qalatasaray" 75 milyon avroluq məbləği beş ilə bölərək ödəmək istəyir. Klublar bu barədə demək olar ki, razılığa gəlib.

Osimhen Neapol klubuna bildirib ki, o, yalnız "Qalatasaray"a transfer olmaq istəyir.

"Napoli" isə onu 75 milyon avroluq məbləği birdəfəlik ödəməyə hazır olan "Əl-Hilal"a satmağı düşünürdü.//Oxu.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью