Napoli nin yarımmüdafiəçisi 2 ay oynamayacaq

30.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Napoli"nin yarımmüdafiəçisi Stanislav Lobotka qarşıdakı matçlarda komandasına kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Slovakiyalı futbolçu A Seriyasında "Monza"ya qarşı keçirilən son oyunda (4:1) zədələnib və 17-ci dəqiqədə əvəzlənib. Tibbi müayinə nəticəsində onda topuq zədəsi aşkarlanıb. 31 yaşlı dayaq yarımmüdafiəçisinin bu zədə səbəbindən təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Napoli" Stanislav Lobotkanı 2020-ci ilin yanvarında "Selta"dan 24 milyon avroya transfer edib. Slovakiya millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində 12 oyuna çıxıb və 1 qola imza atıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью