Operativ MM saytına istinadən Icma.az xəbər verir. "Milan"ın hücumameyilli yarımmüdafiəçisi Noa Okafor klubunu dəyişib.
24 yaşlı isveçrəli cinah oyunçusu karyerasını İtaliyanın digər komandası "Napoli"də davam etdirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər icarə müqaviləsi bağlayıb.
Okafor cari mövsümün sonuna kimi Antonio Kontenin komandasında çıxış edəcək. Hücummeyilli yarımmüdafiəçi cari mövsümdə 17 oyun keçirib.
Okafor 1 qol və 2 məhsuldar ötürmə edib. İtaliya çempionatında 23 turdan sonra turnir cədvəlinə "Napoli" başçılıq edir.
Kontenin komandası 54 xal toplayıb. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.