Napoli” “Qalatasaray”ın ulduzunu istəyir

13.01.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın “Napoli” klubu “Qalatasaray”ın ulduz futbolçusu ilə maraqlanır.

“Cebheinfo.az” xəbər verir ki, İtaliya təmsilçisi Hakim Ziyeçi transfer etmək istəyir.

Mövcud bazar dəyəri 5 milyon avro olan futbolçu ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır. Onun qısa müddət ərzində qərarını verəcəyi gözlənilir.

Qeyd edək ki, Ziyeç “Qalatasaray”da 34 matçda meydana çıxıb. 31 yaşlı futbolçu həmin matçlarda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.

Elmir 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью