Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda “Napoli” - “Qarabağ” (2:0) qarşılaşmasını izləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xİn rəhbəri X-də paylaşım edib.
“İtaliyaya rəsmi səfərim çərçivəsində “Qarabağ” və “Napoli” arasında keçiriləcək UEFA Çempionlar Liqası matçını izləməkdən məmnunam”, - nazir bildirib.
O əlavə edib ki, bu, “Qarabağ”ı dəstəkləmək üçün mənalı bir fürsət idi, çünki onlar Azərbaycanı Avropa səhnəsində qürurla təmsil edirlər:
“Matçdan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl ilə birlikdə oyunçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan “Napoli”yə qarşı əzmkar oyunlarına görə minnətdarlıqlarını bildirdik. Onlara qarşıdakı oyunlarda uğurlar arzuladım”.