“Napoli” “qırmızı şeytan”a “elçi düşdü”

17.04.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Mançester Yunayted”in futbolçusu Skott Maktominey karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Napoli” 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Qırmızı şeytanlar” şotlandiyalı futbolçu üçün 30 milyon avro tələb edib. Maktomineyin icarəyə verilməsi variantı müzakirə edilməyəcək.

Skottun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. O, ötən mövsümdə 43 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью