Napoli Trabzonspor un müdafiəçisi ilə maraqlanır

05.12.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Trabzonspor"un müdafiəçisi Arseniy Bataqov karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Napoli" ukraynalı futbolçu ilə maraqlanır. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Neapol klubunun rəsmiləri Bataqovun oyununu canlı izləyiblər. "Napoli" yanvar ayında 23 yaşlı mərkəz müdafiəçisi üçün rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Trabzonspor" Arseniy Bataqovu 2024-cü ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью