Icma.az, Fanat portalına istinadən məlumat verir.
İtaliyanın “Napoli” klubu qış transfer dönəmi üçün müdafiə xəttini gücləndirmək istəyir.
Fanat.Az xəbər verir ki, Neapol təmsilçisi “Trabzonspor”un gənc futbolçusu Arseniy Bataqovla ciddi şəkildə maraqlanır.
Tanınmış jurnalist Yağız Sabuncuoğlu məlumat verib ki, ukraynalı müdafiəçinin “Trabzonspor”dakı çıxışı “Napoli”nin skaut qrupunun diqqətini çəkib.
21 yaşlı oyunçunun transfer dəyəri hazırda 7 milyon avro olaraq qiymətləndirilir. “Napoli”nin qısa müddətdə rəsmi təklif göndərə biləcəyi iddia olunur.
Kamil Xudiyev