“Napoli” ukraynalı futbolçuya 35 milyon verir

14.05.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Napoli” rəsmi olaraq “Şaxtyor”un ukraynalı yarımmüdafiəçisi Georgi Sudakov üçün 35 milyon avro təklif edib.

İdmanxeber.az-ın məlumatına görə, “Şaxtyor” futbolçunu əsas oyunçu hesab edir və təklif edilən məbləğdən daha çox almaq istəyir. Futbolçunun özü də “Napoli”yə keçməkdə maraqlıdır.

Sudakovun “Şaxtyor”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. “Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 32 milyondur.

Bu mövsüm Sudakov 24 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью