Napoli və Qalatasaray onun üçün danışıqları davam etdirir

17.07.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Napoli" və "Qalatasaray" arasında hücumçu Viktor Osimhenin transferi ilə bağlı danışıqlar yenidən aktiv fazaya keçib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Neapol təmsilçisi artıq İstanbul klubuna öz əks təklifini göndərib. İtaliyalılar yeni şərtlərlə bağlı yaxın günlərdə qərar verməyə hazırlaşırlar. Tərəflər arasında danışıqlar davam edir.

26 yaşlı futbolçu özü isə yekun qərarı gözləyir. 

Qeyd edək ki, Viktor Osimhem karyerası ərzində 264 oyuna çıxaraq 151 qol vurub və 36 qolun ötürməsini edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью