Napoli Viktor Osimhen üçün gələn təklifi qəbul etməyib

18.11.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İtaliyanın "Napoli" klubu "Mançester Yunayted"in Viktor Osimhen üçün göndərdiyi təklifi geri çevirib.

Oxu.Az xəbər verir ki, "qırmızı şeytanlar" Viktor Osimhen üçün 20 milyon avro və Coşua Zirkzeni təklif etsələr də, "Napoli" qəbul etməyib.

Neapol təmsilçisi sadəcə nağd pula ehtiyacları olduğunu bildiriblər.

Qeyd edək ki, Viktor Osimhenin sərbəst qalma qiyməti 75 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью