Napoli xal itirdi, İnter fürsəti qaçırmadı

12.05.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya A Seriyasında XXXVI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ilk matçında autsayder "Montsa" səfərdə "Udineze"yə qalib gəlib - 2:1.

Lider "Napoli" isə evdə "Cenoa" ilə 2:2 hesablı heç-heçəyə razı olub.

Liderliyə can atan "İnter" səfərdə "Torino"nu 2 cavabsız qolla məğlub edib - 2:0. Bu nəticə ilə Milan təmsilçisi neapollularla xal fərqini minimuma endirib.

İtaliya A Seriyası
36-cı tur

14:30. “Udineze” - “Montsa” 1:2
17:00. "Verona" - "Leççe" 1:1
20:00. "Torino" – "İnter" 0:2
22:45. “Napoli” - “Cenoa” - 2:2

“Çelsi” “Nyukasl Yunayted” səfərindən xalsız qayıdır PSJ matça klub tarixinin ən gənc heyəti ilə çıxıb Messinin komandasını darmadağın etdilər Sorlotdan poker - “Atletiko” 3 xala sevindi A Seriyası: “Yuventus”dan səfərdə xal itkisi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью