Napoli Xviçanın satılmasının səbəbini açıqladı

20.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Napoli"nin idman direktoru Covanni Manna Xviça Kvaratsxeliyanı PSJ-yə satmaqlarını şərh edib.

QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, o, 23 yaşlı yarımmüdafiəçinin özü bu keçidi "Napoli"dən istəyib: 

“Məşqçi komandanı yaxşı hazırlamışdı. Biz belə bir inkişafa hazır idik. Hamı başa düşür ki, önəmli futbolçu klubu tərk edir. Xviçanın özü transfer xahişi ilə bizə müraciət etdi. Böyük futbolçular gəlib-gedirlər, amma biz işləməyə davam edirik”.

Qeyd edək ki, PSJ yanvarın 17-də Kvaratsxeliya ilə 2029-cu ilin yayınadək müqavilə imzaladığını açıqlayıb. Mətbuatda PSJ-nin Kvaratsxeliya üçün 70 milyon avro ödədiyi yazılıb. 

2022-ci ildən “Napoli”də forma geyən Kvaratsxeliya cari mövsüm bütün turnirlər nəzərə alınmaqla 19 matçda forma geyib, 5 qol vurub və 3 dəfə məhsuldar ötürmə müəllifi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью