Napoli yə söz versə də, ölkəsinə döndü

23.01.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yuventus"un müdafiəçisi Danilo tezliklə klubunu dəyişəcək. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Napoli" braziliyalı futbolçu ilə şifahi razılığa gəlsə də, futbolçu fikrini dəyişib.

Müdafiəçi vətəninə qayıtmaq variantına üstünlük verib. Danilo "Flamenqo" ilə 2026-cı ilin sonuna qədər olan müqavilə imzalayacaq və anlaşmanın bir illik uzadılması ehtimalı var.

Qeyd edək ki, 33 yaşlı futbolçunun Braziliyaya qayıtması ailə vəziyyəti ilə bağlıdır. O, "Santos", Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və İngiltərənin iki klubundan da təklif alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью