“Napoli”də De Brüyne böhranı

13.11.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Kevin De Brüyne qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Il Mattino” nəşri məlumat yayıb.

35 yaşlı belçikalı futbolçunun bir neçə komanda yoldaşı ilə münasibətləri gərginləşib. Onların arasında hücumçu Rasmus Hoylund və kapitan Covanni Di Lorenso da var.

Neapol təmsilçisinin rəhbərliyi De Brüynenin müqaviləsinə vaxtından əvvəl xitam verməyi nəzərdən keçirir. Klub bu addımla illik təxminən 6 milyon avro təşkil edən maaş xərcindən azad olmaq istəyir.

Təcrübəli yarımmüdafiəçinin transferinə əsas namizəd Niderlandın PSV klubudur. Eyndhoven təmsilçisi artıq futbolçunun agenti ilə ilkin danışıqlar aparıb və rəsmi təklif hazırlayır.

Qeyd edək ki, Kevin De Brüynenin “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

De Bruyne: “Diqqətimiz Arda Gülerin üzərində idi” Fernando Muslera üçün son matç – Karyerasını bitirir “Qalatasaray”ın rəqibində zədə şoku – Millidən çıxarıldı “Qalatasaray”da "qış təmizliyi": İki futbolçu siyahıda “Kokain az qala həyatıma son qoyacaqdı” - Jardeldən şok etiraf
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью