Icma.az bildirir, Qol.az portalına istinadən.
“Napoli”nin braziliyalı cinah oyunçusu David Neres zədə səbəbindən komandanın qarşıdakı 6 matçında iştirak etməyəcək.
QOL.az xəbər verir ki, futbolçunun sağ bud nahiyəsində yarımzar pərdəli əzələnin yüngül dartılması aşkarlanıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı forvard UEFA Çempionlar Liqasının 2-ci turunda “Vilyarreal”la matçda (1:3) sıradan çıxıb. O, artıq bərpa prosesinə başlayıb. Lakin klub futbolçunun yaşıl meydanlara qayıdacağı dəqiq vaxtı açıqlamayıb.
İtaliya mətbuatında yer alan məlumatlara görə, o, A Seriyasında “Venesia”, “Roma”, “Montsa” və “Yuventus”la, Çempionlar Liqasında isə “Bodo-Qlimt” və “Portu” ilə oyunları buraxacaq.
Neresin noyabrda keçiriləcək milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, Neres cari mövsümdə bütün turnirlərdə “Napoli”nin heyətində 6 matçda meydana çıxıb, lakin hələlik məhsuldar göstərici ilə yadda qalmayıb.