“Napoli”nin futbolçusu: “Daha çox qol vura bilərdik”

26.11.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Napoli”nin futbolçusu Skott Maktominey Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyuna yaxşı başlamadıq. Lakin ikinci hissədə daha üstün olduq və istədiyimiz nəticəni əldə etdik. Daha çox qol vura bilərdik.

Hədəfim komandama kömək olmaqdır. Bu üç xal önəmli idi. Klub olaraq çatmaq istədiyimiz hədəflər var”.

Maktominey komandasının birinci qolunu vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью