Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Napoli”nin futbolçusu Andre Anqissa karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Qalatasaray” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu qış transfer dönəmində 29 yaşlı oyunçu üçün danışıqlara başlayacaq.
Kamerunlu futbolçu bu mövsüm A Seriyasında 6 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.